Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İsrail Prezidenti: “Azərbaycan dünyaya və regiona böyük təsir göstərir”

İsrail Prezidenti: “Azərbaycan dünyaya və regiona böyük təsir göstərir”


"Avropanın, Asiyanın və İsraillə bağlı olan Yaxın Şərq regionunun enerji sektoruna təsir edən Azərbaycan dünyaya və regiona böyük təsir göstərir”.

Newscenter.az "Report"-a istinadən xəbər verir ki, bunu İsrail Prezidenti İsxaq Hersoq Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdən sonra deyib.

“Ölkələrimiz arasındakı münasibətlər dünyanı necə dəyişə və irəliyə doğru addımlaya biləcəyimizin nümunəsidir”, - o bildirib.

İsrail Prezidentinin sözlərinə görə, iki ölkə elm, kənd təsərrüfatı və bir çox digər sahələrdə əməkdaşlığı sürətləndirmək üçün gələcəyə köklənib.
Xəbəri paylaş