Türkiyə və Misir yaxın vaxtlarda qarşılıqlı olaraq səfir təyin etmək barədə razılığa gəliblər.
Newscenter.az Türkiyə Prezidentinin İnfomasiya İdarəsinə istinadən bildirir ki, bu barədə müzakirə Misir prezidenti Əbdülfəttah əs-Sisi ilə Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğan arasında baş tutan telefon danışığı zamanı aparılıb. Telefon danışığı zamanı həmçinin, başda iqtisadi əlaqələr olmaqla, Türkiyə-Misir əlaqələrinin genişləndirilmısi istiqamətində atılması vacib olan addımlar, eləcə də regional məsələlər müzakirə edilib.
Qeyd edək ki, Misir prezidenti Əbdülfəttah əs-Sisi prezident Rəcəb Tayyib Ərdoğana telefonla zəng edərək onu yenidən Türkiyə prezidenti seçilməsi münasibətilə təbrik edib.
Anar Əliyev