Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Paşinyanın özünü sülh göyərçini kimi göstərmək cəhdi -ÖZƏL

Paşinyanın özünü sülh göyərçini kimi göstərmək cəhdi


“Ermənistanın baş naziri Nikol Paşinyanın sözü ilə əməli bir-birini tutmur. O bir tərəfdən Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edir, Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılmasının vaicbliyini vurğulayır, digər tərəfdən şərti sərhəd boyunca təxribatlara rəvac verir. Moskvada keçirilən üçtərəfli görüşdən sonra şərti sərhəd boyunca yaşanan bir neçə insdent belə deməyə əsas verir”.

Bu fikirləri Newscenter.az-a “Milli İnkişaf” İctimai Birliyinin sədri Arzuman Muradlı səsləndirib. İctimai Birlik sədri deyib ki, Moskva görüşündən qısa müddət sonra Silahlı Qüvvələrimizin mövqelərinə qarşı edilən diversant hücumu, şərti sərhəd boyunca bütün istiqamətlərdə atəşkəsin pozulması deyilənləri təsdiq edir:

“Nikol Paşinyanın özünü sülh göyərçini kimi göstərmək cəhdi mənasızdır. Artıq bütün dünyaya məlumdur ki, Ermənistan müxtəlif bəhanələrlə sülh prosesindən yayınır. Hər dəfə hansısa bir razılaşmaya yaxın olanda gərginliyə yol açır, təxribatlar törədilir”.

Arzuman Muradlı bildirib ki, erməni təxribatları davam edəcəyi təqdirdə “Dəmir yumruq” yenidən işə düşəcək və bu dəfə daha güclü zərbə ilə Ermənistanın başını əzəcək:

“Elə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin də keçən həftə sonu Laçın və Kəlbəcərdə səfərdə olarkən səsləndirdiyi fikirlər bunu bir daha sübut edir. Ona görə də Ermənistan rəhbərliyi nə qədər gec deyil ağlını başına yığıb ona ünvanlanmış xəbərdarlıqlardan nəticə çıxarmalıdır”.

Anar Əliyev
Xəbəri paylaş