Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Prezident: “İsrailin müasir müdafiə sənayesi avadanlıqları bizə müdafiə qabiliyyətimizi müasirləşdirməyə kömək edir”

Prezident: “İsrailin müasir müdafiə sənayesi avadanlıqları bizə müdafiə qabiliyyətimizi müasirləşdirməyə kömək edir”


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsrail Dövlətinin Prezidenti İsxaq Hersoqla mətbuata bəyanatında ölkəmizin üzləşdiyi təhdidlərdən danışıb.

Newscenter.az xəbər verir ki, dövlətimizin başçısı bu baxımdan müdafiə sənayesi sahəsində Azərbaycanla İsrail arasında çoxillik əməkdaşlığı məmnunluqla qeyd edib.

“Azərbaycan uzun illərdir bu sahədə müasir İsrail avadanlıqlarından istifadə edir. Bu isə bizə müdafiə qabiliyyətimizi müasirləşdirməyə kömək edir, dövlətçiliyimizi, dəyərlərimizi, milli maraqlarımızı və ərazi bütövlüyümüzü qorumağa imkan verir”, - deyə Prezident İlham Əliyev vurğulayıb.

Mehman Mehdiyev
Xəbəri paylaş