Bu günə mövcud olan real siyasi mənzərə belədir:
ABŞ və Rusiya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Bayden, Putin və Blinken İ.Əliyevi iki gün əvvəl ardıcıl təbrik etdilər.
Türkiyədə prezident seçkilərində Ərdoğanın qələbə qazandı. İsrail Prezidenti də Bakıdadır. Aİ (qismən Fransa xaric) Azərbaycana qarşı loyal mövqedədir. Böyük Britaniya və Pakistan tamamilə bizmlədir.
İran da əvvəlki kimi bizimlə münasibətləri normallaşdırmaq istəyir. "Qırmızı xətt" barədə artıq heç nə eşitmirik.
Düşük komandir sayəsində batmaqda olan, "səması və döşəməsi deşik" yelkənsiz gəmiyə bənzəyən bədbəxt Ermənistan isə belə bir vəziyyətdə hələ də "nala və mıxa" vurur. Atəşkəsi pozur, ərazimizə diversant göndərir, amnistiya təklifindən imtina edən Qarabağdakı erməni terrorçularına maddi yardım göstərir.
Tehranın “qırmızı xətlərinə” isə Ermənistanda kimsə arxayın olmasın. Mən bu xəttləri uzun müddət tapa bilmirdim. Sonunda onları Bakıə Metropolitenində tapdım: "İçərişəhər" stansiyasında başlayır, "Həzi Aslanov" stansiyasında bitir.
Belə bir vəziyyətdə Qarabağdakı erməni terrorçuları və Ermənistandakı revanşistlər Allaha dua etməlidir ki, qaçılmaz "Dəmir Yumruq"dan sağ qurtula bilsinlər.
Əlində silah Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı fəaliyyət göstərən istənilən şəxs, təhlükısizlik qüvvələrimiz üçün legitim hədəfdir.
Ədalət Verdiyev-hərbi ekspert