Türkiyənin yeni hökumət kabinetinin tərkibi bu həftə ərzində açıqlanacaq.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, yeni hökumət kabinetinin tərkibinin açıqlanması prezident Rəcəb Tayyib Ərdoğanın Böyük Millət Məclisindəki andiçmə mərasimindən sonraya təsadüf edəcək. Məhz dövlət başçısının Məclisdəki andiçmədən sonra yeni hökumət kabinetini açıqlalayacağı bildirilir.
Qeyd edək ki, Türkiyə Böyük Millət Məclisinə seçilmiş yeni deputatlar da iyunun 2-də TBMM-də and içəcəklər.
Daha sonra 2018-ci ildə olduğu kimi Prezident Kompleksində inauqurasiya mərasimi keçiriləcək. Həmin mərasimdə Cümhur İttifaqən tərəfdaşları da iştirak edəcək. Bundan əlavə, mərasimdə bir çox ölkələrin liderlərinin iştirakı gözlənilir.
Anar Əliyev