Azərbaycan-ABŞ iqtisadi əlaqələrinin mövcud vəziyyəti, ölkəmizin energetika sahəsində irəli sürdüyü təşəbbüslər və “yaşıl” enerjiyə keçid istiqamətində həyata keçirilən layihələr barədə fikir mübadiləsi aparılıb.
Newscenter.az xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov və ABŞ Dövlət katibinin enerji ehtiyatları üzrə köməkçisi Cefri Payet arasında görüş keçirilib, ölkələrimiz arasında enerji tərəfdaşlığı məsələləri müzakirə edilib, Azərbaycanın “yaşıl” enerji ölkəsi kimi inkişafı ilə bağlı strateji hədəfləri diqqətə çatdırılıb.
Görüşdə ölkəmizin “yaşıl enerji” ölkəsinə transformasiyası (ənənəvi enerji mənbələrindən “yaşıl” enerjiyə keçid) prosesinə ABŞ-ın dəstəyi, ölkəmizin bərpa olunan enerji mənbələri üzrə potensialının reallaşdırılması və səmərəli istifadəsi, həmçinin, ətraf mühitin qorunması baxımından bərpa olunan enerji sektorunda innovativ texnologiyalardan istifadənin genişləndirilməsi məsələləri barədə fikir mübadiləsi aparılıb.
R.Mehdiyeva