Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan və Türkiyənin sənaye zonaları arasında əməkdaşlıq məsələləri müzakirə edilib -ÖZƏL

Azərbaycan və Türkiyənin sənaye zonaları arasında əməkdaşlıq məsələləri müzakirə edilib


Azərbaycanın Türkiyədəki səfirliyinin iqtisadiyyatdan məsul olan diplomatı Ceyhun Xəlilov Türkiyənin Sənaye və Texnologiya Nazirliyinin sənaye bölgələri üzrə şöbə müdiri Fatih Turanla görüşüb.

Newscenter.az-a Azərbaycanın Türkiyədəki səfirliyindən daxil olan xəbərə görə, görüşdə Azərbaycanla Türkiyə arasında iqtisadi sahədə mövcud olan əlaqələr, qeyd edilən istiqamətdə təcrübə mübadiləsinin həyata keçirilməsi kimi məsələlər müzakirə edilib.

Görüşdə həmçinin, Azərbaycan və Türkiyənin sənaye bölgələri arasında əməkdaşlıq imkanları ətrafında da fikir mübadiləsi aparılıb.

Natiq Orucov
Xəbəri paylaş