"Zəngin enerji ehtiyatlarına və əlverişli tranzit imkanlarına malik olan ölkəmiz regional əməkdaşlıq məsələlərində həmişə konstruktiv rol oynayaraq Avropa və Asiya məkanında etibarlı tərəfdaşa çevrilib".
Bu fikirləri Newscenter.az-a energetik Əbülfəz Mahmudov səsləndirib. O bildirib ki, enerji sektorunda aparılan şaxələndirmə siyasəti, mövcud boru kəmərləri şəbəkəsi dünyada enerji təhlükəsizliyinin təmin olunmasına xidmət edir:
"Respublikamızın Avropanın enerji təhlükəsizliyində oynadığı mühüm rol istər fövqəlgüc dövlətləri, istərsə də aparıcı beynəlxalq təşkilatlar tərəfindən birmənalı etiraf olunur. Ulu öndər Heydər Əliyevin yeni neft strategiyasını inamla davam etdirən Prezident cənab İlham Əliyevin diplomatik səyləri nəticəsində Azərbaycan bu gün regionda enerji asılılığı olmayan, tələbatını daxili imkanlar hesabına ödəməyə qadir yeganə respublika kimi çıxış edir".
Natiq Orucov