Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bakı avtovağzalında çantadan 500 manat və 4000 dollar oğurlanıb

Bakı avtovağzalında çantadan 500 manat və 4000 dollar oğurlanıb


Bakı Beynəlxalq Avtovağzal Kompleksində çantadan 500 manat və 4000 ABŞ dolları oğurlanıb.

Bu barədə Newscenter.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, mayın 31-də Kompleksin qarşısında Bakı şəhər sakini olan bir nəfərin çantasından 500 manat və 4000 ABŞ dollarının qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.

Binəqədi Rayon polis İdarəsinin 40-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Tovuz rayon sakini Elvin Namazov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Mehman Mehdiyev
Xəbəri paylaş