Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

AB 5 ölkənin Ukraynadan taxıl idxalına qoyduğu məhdudiyyətin vaxtını uzatdı -ÖZƏL

AB 5 ölkənin Ukraynadan taxıl idxalına qoyduğu məhdudiyyətin vaxtını uzatdı


Polşa, Macarıstan, Rumıniya, Slovakiya və Bolqarıstan tərəfindən Ukraynadan taxıl məhsullarının idxalına qoyulan məhdudiyyət daha bir neçə ay ertələnib.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, Avropa İttifaqı bu barədə qərar qəbul edib. Qərara əsasən, adı çəkilən ölkələr tərəfindən Ukraynadan taxıl məhsullarının idxalına qoyulan məhdudiyyət sentyabrın 15-dək uzadılıb.

Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsinin başlamasından və uzun müddət Qara dəniz limanlarından yüklərin daşınmasının mümkünsüzlüyündən sonra Ukrayna taxıl və ərzaq məhsullarının əhəmiyyətli bir hissəsini qurudan Şərqi və Mərkəzi Avropa ölkələrinə göndərməyə başladı. Ukraynadan böyük miqdarda kənd təsərrüfatı məhsullarının sərhədyanı ölkələrin Polşa, Macarıstan, Rumıniya, Slovakiya və Bolqarıstan bazarlarına nisbətən ucuz qiymətə daxil olması bu ölkələrin istehsalçılarını narahat edirdi və sözügedən qərar da məhz daxili auditoriya, yerli istehsalçıların etirazları fonunda qəbul edilmişdi.

Anar TAGİYEV
Xəbəri paylaş