Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dövlət Proqramı Naxçıvanın sosial-iqtisadi inkişafına öz müsbət təsirini göstərəcək-İQBAL MƏMMƏDOV -ÖZƏL

Dövlət Proqramı Naxçıvanın sosial-iqtisadi inkişafına öz müsbət təsirini göstərəcək-İQBAL MƏMMƏDOV


“Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin imzaladığı sərəncamla ’“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi mühüm iqtisadi konsepsiyadır və bu sənəd Muxtar Respublikanın sosial-iqtisadi inkişafına öz müsbət təsirini göstərəcək”.

Bu fikirləri Newscenter.az-a Milli Məclisin deputatı İqbal Məmmədov səsləndirib. Millət vəkili bildirib ki, 44 günlük Vətən müharibəsindən sonra regionda yeni yaranmış reallıq fonunda Naxçıvan Muxtar Respublikası ilə bağlı da müvafiq dövlət sənədlərinin qəbul edilməsi zərurəti yaranmışdı:

“İstər Zəngəzur dəhlizinin açılması reallığı, istər Ermənistanla kommunikasiyaların bərpası fonunda Naxçıvanla quru sərhəddinin bərpası mümkünlüyü kimi yaxın perspektivdə baş verəcək proseslər Naxçıvanla bağlı müəyyən tədbirlərin həyata keçirilməsi zərurəti yaradırdı. Sözügedən dövlət proqramı da əslində həmin zərurətdən irəli gələn bir sənəddir. Çünki bundan əvvəl həyata keçirilən Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramları çərçivəsində Naxçıvanda kifayət qədər işlər görülmüşdü. İndi isə yeni situasiya və reallıqlara uyğun tədbirlərin həyata keçirilməsinə ehtiyac yaranıb. Dövlət başçısının təsdiq etdiyi ’“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın uğurlu icrası qarşıya qoyulan hədəflərin reallşdırılması baxımından əhəmiyyətli olacaq”.

Millət vəkili deyib ki, proqrama əsasən Naxçıvanda Azad İqtisadi Zona da yaradılacaq ki, bu da Muxtar Respublikanın regional, eyni zamanda beynəlxalq əhəmiyyətini artırmış olacaq və Naxçıvana olan xarici maraq artacaq.

Anar Əliyev
Xəbəri paylaş