Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Son sutkada 3 nəfər koronavirusa yoluxub

Son sutkada 3 nəfər koronavirusa yoluxub


Azərbaycanda son sutka ərzində koronavirus (COVID-19) infeksiyasına yoluxanların və peyvənd olunanların sayı açıqlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Newscenter-az-a verilən məlumata görə, son sutkada infeksiyaya 3 yeni yoluxma faktı qeydə alınıb.

COVID-19-a yoluxan 1 nəfər sağalıb.

Vəfat edən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 831 865 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 821 550 nəfər müalicə olunaraq sağalıb, hazırda 38 aktiv xəstə var. Bu günə qədər 10 277 nəfər vəfat edib.

Məlumata görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 185, bu günə qədər isə ümumilikdə 7 627 857 test icra olunub.

Eyni zamanda ölkədə son sutka ərzində 56 nəfər vaksinasiya olunub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı isə 13 965 900 olub.

Sevinc Mehdiyeva
Xəbəri paylaş