Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türk lirəsi nə üçün dəyər itirir? -ÖZƏL

Türk lirəsi nə üçün dəyər itirir?


"Türkiyədə inflyasiyanın artması və türk lirəsinin dəyər itirməsi Ərdoğanın "faiz lobbisi" ilə mübarizəsinin nəticəsidir".

Bunu Newscenter.az-a BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov səsləndirib. O bildirib ki, bunlar Türkiyə hakimiyyətinə qarşı aparılan kampaniyanın tərkib hissəsidir və Ərdoğanın hakimiyyətdən salınmasına hesablanmışdı:

"Ərdoğan faizləri aşağı salmaqla sadə xalq kütlələrinin rifahı üçün şərait yaratmaq istəyir. "Faiz lobbisi" dediyi isə beynəlxalq maliyyə finansçılarının yüksək faizdən götürdükləri gəlir hesabına Türkiyənin milli gəlirini sümürən təşkilatlarıdır. Faizlərin aşağı salınması xarici investorların da Türkiyədən qaçmasına səbəb oldu. Bu da inflasiyada öz rolunu oynadı".

Azər Qasımovun sözlərinə görə, faizlərin aşağı salınmasındakı məntiq ondan ibarətdir ki, Türkiyə lirəsi dəyər itirsə və alıcılıq qabiliyyəti aşağı düşsə də, qiymətlərin xaruci valyutalara nisbətən ucuz olması səbəbindən ölkəyə valyuta axını əmələ gəlir:

"Məsələn ətraf ölkələrdən Yunanıstan, Bolqarıstandan belə Türkiyəyə alverə gələnlərin sayı artır. Eləcə də turizmdə, xarici vətəndaşların əmlak alımında eyni şey müşahidə edilir və Türkiyəyə külli miqdarda valyuta daxil olur. Mal satışındakı tükəim yeni malların istehsalına səbəb olur və beləcə dövriyyə getdikcə çoxalır. Nəticədə elə durum yaranır ki, Türkiyəyə daxil olan valyutanın çoxluğu investisiya rolu oynayır. Amma faizlər aşağıda qalır. Çoxalan valyuta və mal dpvriyyəsu tədricən türk lirəsinin dəyər qazanmasına gətirib çıxarır. Bu, bir növ əvvəllər iqtisasiyyatda tətbiq edilən "şok terapiyası" adlı metodu xatırladır. Yeni hökümətin bu işin öhdəsindən gəlmək potensialı olduğu açıqdır, sadəcə bir az da səbr etmək lazımdır".

Anar Əliyev
Xəbəri paylaş