Azərbaycanın bugünkü sürətli inkişafı, əldə etdiyi uğurlar, paytaxtla yanaşı, əyalətlərdə də inkişaf və tərəqqinin müşahidə edilməsini şərtləndirən başlıca amilərdən biri də 2004-cü ildən həyata keçirilən "Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları"dır. Bu günlərdə isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Naxçıvan Mustar Respublikasının 2023-2027-ci illərdə sosial-iqtisadi inkişafını özündə ehtiva edən Dövlət Proqramı təsdiq edildi.
Sözügedən Dövlət Proqramlarının əhəmiyyətindən danışan Milli Məclisin deputatı Nəsib Məhəməliyev Newscenter.az-a bildirib ki, cənab Prezidentin imzaladığı, “Regionların sosia-iqtisadi inkişafı ilə bağlı”, “Bakı şəhərinin inkişafı ilə bağlı” isə, üç sərəncamın nəticəsində min kilometrlərlə yeni avtomobil yolları, 3 500-dən artıq məktəb, yüzlərlə xəstəxana, uşaq bağçası, mədəniyyət obyektləri, olimpiya-idman kompleksləri, inzibati binalar, min km-lərlə avtomobil yolları inşa olunub:
"Həmçinin, Dövlət Proqramlarının icrası zamanı əhalinin elektrikə, qaza, suya olan tələbatının ödəniməsi üçün çox milyardlı maliyyə tutumu olan, infrastruktur layihələri həyata keçirilib".
Sona