Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan etibarlı tərəfdaş ölkəyə çevrilib -ÖZƏL

Azərbaycan etibarlı tərəfdaş ölkəyə çevrilib


Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolu hər ötən gün daha da artır. Rusiya-Ukrayna müharibəsi fonunda özünü daha qabarıq şəkildə göstərən bu məqam Azərbaycan üçün təkcə enerji sektoru deyil, eləcə də digər istiqamətlərdə müsbət dividentlər gətirir. Ən başlıcası Bakının regionda yaratmış olduğu yeni reallıqlar qəbul edilir.

Newscenter.az-ın xəbərinə görə, Yeni Azərbaycan Partiyasının üzvü Aynur Quliyeva deyib ki, Azərbaycan dövləti hazırda kənar təsirlərdən asılı olmayan milli enerji sektorunun yaradılması və davamlı iqtisadi inkişafının təmin edilməsi məqsədilə çevik enerji siyasəti həyata keçirir. Onun sözlərinə görə, bu siyasətin prioritet vəzifələri ölkənin təbii enerji ehtiyatlarının qorunması və səmərəli istifadəsi, milli energetika sektorunun inkişafı, əhalinin və iqtisadiyyatın neftə, qaza, elektrik enerjisinə və digər enerji daşıyıcılarına olan daxili tələbatının tam və davamlı təminatı, xarici ölkələrin Xəzər bölgəsindəki beynəlxalq, regional və yerli enerji maraqlarının və təhlükəsizliyinin respublikanın milli maraqları ilə əlaqələndirilməsi, ölkənin enerji təhlükəsizliyindən irəli gələn digər strateji məsələlərin həllindən ibarətdir:

"Azərbaycan Avropanın bir çox ölkələrini qazla təchiz edən etibarlı tərəfdaş ölkəyə çevrilib. Bunun əsasında ümumilikdə iqtisadi sahədə həyata keçirilən uğurlu siyasətimiz dayanır".

Anar Əliyev
Xəbəri paylaş