Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İşğaldan azad edilmiş ərazilərdə KOB evləri yaradılacaq

İşğaldan azad edilmiş ərazilərdə KOB evləri yaradılacaq


Azərbaycanın işğaldan azad edilmiş ərazilərində KOB evlərinin yaradılması nəzərdə tutulur.

Newscenter.az xəbər verir ki, bunu KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Bakıda keçirilən "Heydər Əliyev və Azərbaycan sahibkarlığı" adlı yerli şirkətlərin tanıtım sərgisində bildirib.

"Bu ilin yanvar ayında Prezident İlham Əliyevin iştirakı ilə geniş funksional və texniki imkanlara malik Bakı KOB Evinin açılışı olub. Bu ölkə rəhbərliyinin sahibkarlığın inkişafına göstərdiyi diqqətin bariz nümunəsidir. Qarşıdakı dövrlərdə işğaldan azad olunmuş ərazilərimiz də daxil olmaqla digər regionlarda növbəti KOB evlərinin sahibkarların istifadəsinə verilməsi ilə onların əhatə dairəsini genişləndirəcəyik. Hazırda 41 şəhər və rayonda fəaliyyət göstərən KOB dostları yeni sahibkarlıq subyektlərinin yaranmasına və mövcud KOB-ların inkişafına hərtərəfli dövlət dəstəyini yerində təmin edir. Bilik və bacarıqlara çıxışın təşviqi məqsədilə Bakıda və regionlarımızda KOB İnkişaf Mərkəzləri istifadəyə verilib. Bu mərkəzlərdə təlimlər, məsləhət və şəbəkələşmə üzrə xidmətlər ödənişsiz əsasda həyata keçirilir", - deyə o qeyd edib.

Natiq
Xəbəri paylaş