Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiyanın Asiyaya nəql etdiyi neftin həcmi Avropaya nəql etdiyini üstələdi -ÖZƏL

Rusiyanın Asiyaya nəql etdiyi neftin həcmi Avropaya nəql etdiyini üstələdi


Rusiyanın Asiya regionuna nəql etdiyi neftin həcmi indiyə qədər Avropaya nəql etdiyi neftin həcmini keçib.

Newscenter.az xəbər verir ki, bu barədə açıqlamanı Rusiya baş nazirinin müavini Aleksandr Novak verib.

Nazir müavini ölkəsinin keçən il təxminən 40 milyon ton neft və neft məhsulunu qərb bazarlarından şərq bazarlarına yönləndirdiyini deyib.

Keçən il qlobal neft tələbinin gündəlik 99,6 milyon barrel olduğunu açıqlayan Novak deyib ki, cari ildə bu tələb 101,9 milyon barrelə yüksələ bilər:

"Tələbin artmasında Asiya-Sakit okean ölkələri mühüm rol oynayacaq. Proqnozlara görə, neftə tələbat 2030-cu ilə qədər artacaq".

2022-ci ildə Çinə neft tədarükünün 28 faiz artaraq 89 milyon tona çatdığına diqqət çəkən Novak, "Mayeləşdirilmiş təbii qaz (LNG) tədarüklərimiz də 35,2 faiz artaraq 6 milyon tona, boru kəməri tədarükümüz isə 1,5 dəfə artaraq 15, 4 milyard kubmetrə çatacaq", deyə vurğulayıb.

Natiq Orucov
Xəbəri paylaş