Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Son sutkada Azərbaycanda 4 nəfər koronavirusa yoluxub, 1 nəfər ölüb

Son sutkada Azərbaycanda 4 nəfər koronavirusa yoluxub, 1 nəfər ölüb


Azərbaycanda son sutka ərzində koronavirus (COVID-19) infeksiyasına yoluxanların və peyvənd olunanların sayı açıqlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Newscenter.az-a verilən məlumata görə, son sutkada infeksiyaya 4 yeni yoluxma faktı qeydə alınıb.

COVID-19-a yoluxan 13 nəfər sağalıb, 1 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 831 873 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 821 572 nəfər müalicə olunaraq sağalıb, hazırda 21 aktiv xəstə var. Bu günə qədər 10 280 nəfər vəfat edib.

Məlumata görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 678, bu günə qədər isə ümumilikdə 7 629 576 test icra olunub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı isə 13 966 025 olub.

S.Mehdiyeva
Xəbəri paylaş