Türk Hava Yolları (THY) sərnişin daşımalarının sayını artırır. Newscenter.az şirkətin mətbuat müşavirliyinə istinadən bildirir ki, THY may ayında daşıdığı sərnişinlərin sayı 7,4 milyon nəfər olub. Bu göstərici ilə THY tarixində ən yüksək may göstəricisini qeyd edib və rekorda imza atıb.
Cari ilin may ayında ümumi sərnişin sayı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 16 artıb.
Şirkətin beynəlxalq transfer sərnişinlərinin sayı 2022-ci ilin may ayında 1,9 milyon olduğu halda, 2023-cü ilin eyni dövründə 22,2 faiz artaraq 2,3 milyona çatıb.
Ancaq şirkətin poçt və yük daşımaları azalıb. Belə ki, 2022-ci ilin may ayında 144 min ton olan yük və poçt daşımalarının həcmi bu ilin eyni dövründə yüzdə 6,6 azalaraq 134,5 min ton olub.
Natiq Orucov