Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan Rusiya sülhməramlıları ilə bağlı müvafiq addımlar atmaq hüquqna malikdir -ÖZƏL

Azərbaycan Rusiya sülhməramlıları ilə bağlı müvafiq addımlar atmaq hüquqna malikdir


Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinin atəşə tutulması intensiv hal alıb. Maraqlıdır ki, Azərbaycan Ordusunun mövqeləri daha çox Rusiya kontingentinin müvəqqəti nəzarət etdiyi ərazilərdən atəşə tutulur və Rusiya sülhməramlıları ermənilərin atəşkəsi pozmasına qarşı heç bir addım atmırlar. Belə olan halda Azərbaycan cəmiyyətində Rusiya sülhməramlılarına qarşı ciddi etiraz formalaşır və sülhməramlıların Qarabağdan müəyyən edilmiş vaxtdan daha tez çıxarılması kimi haqlı tələblər irəli sürülür.

Hərbi ekspert Ədalət Verdiyev də hesab edir ki, Rusiya kontingenti öz üzərinə düşən missiyanı yerinə yetirmir. Newscenter.az-a verdiyi açıqlamada Ədalət Verdiyev deyib ki, Azərbaycan Ordusunun mövqelərinin rusların müvəqqəti nəzarətində olan ərazilərdən atəşə tutulması Azərbaycan tərəfini daha adekvat addımlar atmağa məcbur edir. Onun sözlərinə görə, atəşkəs rejiminin riayət olunmasına məsul olan rusiyalı kontingent belə hallarda daha çox erməni tərəfinin mövqeyini müdafiə edir və onların atəşkəsi pozmasını rəsmi bülletenlərində dərc etmirlər:

“Bu da azmış kimi Rusiya kontingentinıə aid zirehli və zirehsiz maşınların erməni mövqelərinıə daşınan yükləri müşayət etməsi Azərbaycan tərəfində kifayət qədər haqlı qıcıq yaradır. Birgə bəyanatı imzalayan Ermənistanın Qarabağdan qeyri-qanuni silahlıları çıxarmaması və Rusiya kontingentinin də bu məsələdə ermənipərəst mövqe sərgiləməsi Azərbaycan tərəfinə bu kontingentin ərazilərimizdə qalma məsələsini müzakirə mövzusuna çevirməyə imkan yaradır”.

Ekspert deyib ki, birgə bəyanatı imzalayan üç tərəfdən ikisi, Rusiya və Ermənistan üzərinə düşən öhdəlikləri yerinə yetirmirsə, bu da Azərbaycan tərəfinin üzərinə düşən öhdəliklərdən imtina etməsi ilə nəticələnə bilər:

“Başqa sözlə desək Azərbaycan tərəfi Rusiya kontingentinin ərazilərimizdə müəyyən edilmiş müddətin sonuna qədər qalmaması üçün müvafiq addımlar atmaq hüquqna malikdir”.

Anar Əliyev
Xəbəri paylaş