Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Energetika naziri Astana Beynəlxalq Forumunda enerji təhlükəsizliyində “yaşıl enerji”nin rolundan danışıb

Energetika naziri Astana Beynəlxalq Forumunda enerji təhlükəsizliyində “yaşıl enerji”nin rolundan danışıb



Astana Beynəlxalq Forumunda iştirak edən energetika naziri Pərviz Şahbazov “Bərpa olunan enerji sahəsində regional inkişaf: enerji təhlükəsizliyinin təmin olunmasının alternativ yolları” mövzusuna həsr olunmuş sessiyada çıxış edib.

Hazırda “yaşıl enerji”nin inkişafını enerji keçidi, ətraf mühitin mühafizəsi siyasəti ilə yanaşı enerji təhlükəsizliyi ilə bağlı narahatlıqların təşviq etdiyini vurğulayan nazir deyib ki, bərpa olunan enerji mənbələri dayanıqlı enerji təchizatı üçün diversifikasiyanı təmin edən alternativlərdəndir.

Newscenter.az-ın xəbərinə görə, nazir bBildirilib ki, Azərbaycan “yaşıl enerji”ni özünün deyil, tərəfdaşlarının enerji təhlükəsizliyini təmin etmək və 2030-cu ilədək təmiz ətraf mühitə malik yaşıl artım ölkəsinə çevrilmək üçün inkişaf etdirir. Avropa İttifaqı ilə yenilənmiş strateji enerji tərəfdaşlığımıza uyğun olaraq Azərbaycandan Avropa ölkələrinə əlavə qaz tədarükünün mənbələrindən biri məhz “yaşıl enerji”dir. Bərpa olunan enerji mənbələrindən geniş istifadə imkan verir ki, Azərbaycan həm “yaşıl enerji”nin ixracatçısı olsun, həm də böyük həcmlərdə qənaət edilmiş qaz hesabına ixrac imkanlarını artırsın.

Həmçinin beynəlxalq enerji şirkətləri ilə 28 QVt-dan çox “yaşıl enerji” layihələri üzrə əməkdaşlıqdan, AYİB-in dəstəyi ilə həyata keçirilən “yaşıl hidrogen”in istehsalı və ixracının kommersiya məqsədəuyğunluğunu təsdiqləyən bazar araşdırmasından, 2030-cu ilə qədər 7 QVt həcmində istehsal güclərinin istismara verilməsi və “yaşıl enerji”nin ixracı ilə bağlı planlardan bəhs edilib: “Yaşıl enerji”nin 4 QVt-nın “Xəzər-Avropa Yaşıl Enerji Dəhlizi” ilə Avropaya, 1 QVt-nın isə “yaşıl enerji zonası” elan edilmiş Naxçıvan üzərindən Türkiyə və Avropa istiqamətində ixracı nəzərdə tutulur. Ölkəmizin Avropanın enerji bazarına yeni statusda daxil olması Aİ tərəfindən dəstəklənir.”

Qeyd olunub ki, Azərbaycan neft-qaz resursları, onların dünya bazarlarına şaxələndirilmiş infrastrukturlara çıxarılması ilə bağlı strateji inkişaf təcrübəsini indi “yaşıl enerji” üzərinə transfer edir. Bu yeni missiyanın həyata keçirilməsində strateji bələdçimiz isə Azərbaycan Prezidenti cənab İlham Əliyevin iradəsi və qətiyyətidir.

Tədbir panel müzakirələrlə davam edib. Qazaxıstanın, həmçinin tədbirdə təmsil olunan ölkələrin şirkətləri Azərbaycanda “yaşıl enerji”, enerji keçidi üzrə layihələrdə iştiraka dəvət edilib.

Natiq Orucov
Xəbəri paylaş