“AKKORD” Şirkətlər Qrupunun keçmiş vitse-prezidenti, mərhum iş adamı Xəyal Məmmədxanlının adının əbədiləşdirilməsi istiqamətində müvafiq addımlar atılıb.
Newscenter.az-ın xəbərinə görə, mərhumun yaxın dostu, Polşa və Almaniyada fəaliyyət göstərən Sevara Group şirkətinin prezidenti Rəşad Quliyev deyib ki, Bir vaxtlar Xəyal Məmmədxanlı ilə bərabər planlaşdırdıqları karavan (Campervan) istehsalı bu gün onun adı, logosu və sloqanı ilə dünya bazarına çıxır:
Rəşad Quliyev deyib ki, ”Bu gün Xəyal, sabah gerçək”. KHAYALVAN brendi adı altında səyyar qoşqu evlərin ilk sifarişçisi vaxtı ilə Xəyalın Vitse Prezident olduğu “AKKORD” Şirkətlər Qrupu oldu:
"Sevara Group olaraq Almaniyada KHAYALVANların fərqli modellərdə istehsalına başlayırıq".
Anar Əliyev