Yaxın keçmişdə geniş yayılan və 30 minə yaxın insanda aşkar edilən Ebola virusu yenidən qayıdır.
Newscenter.az Anadolu Agentliyinə istinadən bildirir ki, 2014-2017-ci illərdə 11 mindən çox insanın ölümünə səbəb olan Ebola virusuna İraqın Kərkük şəhərində rast gəlinib. Məlumata görə, hətta Kərkükdə ölümcül virusdan 1 nəfər ölüb, 2 nəfərə tibbi yardım göstərilib. 30 şübhəlidən isə test götürülüb.
Kərkük səhiyyə müdiri Ziyad əl-Cubburi Anadolu Agentliyinə (AA) verdiyi açıqlamada faktı təsdiqləyib. Bildirib ki, epidemiyanın yayılmasına qarşı şəhərdə mühüm və ciddi tədbirlər görülür.
Mehman Mehdiyev