Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

May ayında ölkədə gündəlik 500 min barrel xam neft hasil olunub

May ayında ölkədə gündəlik 500 min barrel xam neft hasil olunub


2023-cü ilin may ayında respublikada gündəlik neft (kondensatla birlikdə) hasilatı 612 min barrel olub. Newscenter.az-a Energetika Nazirliyindən bildirilib ki, bunun 500 min barrelini xam neft, 112 min barrelini isə kondensat təşkil edib.

Qeyd edək ki, “OPEC plus” əməkdaşlığı çərçivəsində 2023-cü ilin sonuna kimi Azərbaycanın ixtisarlarla bağlı öhdəliyi gündəlik 33 min barrel, gündəlik xam neft hasilatı üzrə kvotası isə 684 min bareldir.

Natiq Orucov
Xəbəri paylaş