Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Vətəndaş hansı dövlət qurumundan razı, hansından narazıdır?

Vətəndaş hansı dövlət qurumundan razı, hansından narazıdır?


Sosial Tədqiqatlar Mərkəzi (STM) dövlət orqanlarının (qurumlarının) göstərdikləri xidmətlər üzrə keyfiyyət və məmnunluğunu öyrənmək üçün sorğu keçirib.

Newscenter.az xəbər verir ki, keyfiyyət və məmnunluğun qiymətləndirilməsi məqsədilə müxtəlif alətlərdən istifadə edilib.

Bildirilib ki, qiymətləndirmə zamanı həm kəmiyyət, həm də keyfiyyət əsaslı tədqiqatlardan istifadə olunub.

Göstərilən dövlət xidmətlərinin sayı 1147, o cümlədən elektron xidmətlərin sayı 567-dir. Tədqiqata başlayarkən Dövlət Xidmətləri Portalında 139 dövlət orqanı üzrə 1005 xidmətin, o cümlədən 501 elektron xidmətin adı qeyd olunub. Ölkə üzrə maksimum əhatəliliyin təmin olunması üçün Naxçıvan və işğaldan azad edilmiş ərazilər istisna olmaqla bütün regionlar (iqtisadi rayonlar) seçmə çərçivəsinə daxil edilib.

Seçmə ümumölkə miqyasında və ayrı-ayrı parametrik göstəricilər üzrə ehtimallar irəli sürməyə imkan verəcək formada dizayn olunub.

Ölkənin 14 iqtisadi rayonundan 12-si üzrə, 8-i respublika tabeli şəhər, 40-ı inzibati rayon olmaqla ümumilikdə 48 rayon və şəhərdə klasterlər müəyyən olunub.

Məlumat bazasından 37 şəhər, 9 qəsəbə, 42 kənd olmaqla ümumilikdə 88 klaster xüsusi proqram vasitəsilə əhali sayına proporsional qaydada sorğu üçün seçilib.

Sorğularda 2022-ci ilin birinci yarısı üzrə dövlət orqanlarının göstərdikləri xidmətlərdən istifadə etmək üçün müraciət edən 18 yaşından yuxarı respondentlər iştirak edib. Sorğu anketinə 10 əsas, 7 sosio-demoqrafik olmaqla ümumilikdə 17 sual daxil edilib. Sorğunun əsas suallar üzrə orta davametmə müddəti 8 dəqiqə 6 saniyə təşkil edib. Sorğu müasir texniki vasitələrdən və üsullardan istifadə edilməklə “SurveyToGo” proqramı ilə aparılıb.

Sorğu çərçivəsində müsahibə götürmək üçün ölkə üzrə ümumilikdə 1908 nəfərə müraciət olunub. Onların 1518 nəfəri (76,6%-i) sorğuda iştirak etmək üçün razılıq verib, 390 nəfəri sorğudan imtina edib.

Sorğuda iştirak etməyə razılıq verən şəxslərə (1518 nəfər) "Bu il ərzində dövlət orqanlarına (qurumlarına) hər hansı xidmətdən istifadə etmək üçün müraciət etmisinizmi?" sualı ünvanlanıb.

Onların 29,6%-i (450 nəfər) cari il ərzində dövlət orqanlarının xidmətlərindən istifadə etmək üçün müraciət etmədiyini, 70,4%-i (1068 nəfər) xidmət almaq üçün müraciət etdiyini bildirib.

Yuxarıda da qeyd olunduğu kimi, sosioloji sorğu məhz xidmət almaq üçün müraciət edən şəxslərlə aparılıb. Sosiodemoqrafik məlumatlardan da göründüyü kimi, xidmətdən istifadə etmək üçün müraciət edənlərin gender bölgüsü üzrə 58,0%-i kişi, 42%-i qadın olub.

Yaş qrupları üzrə nəzərdən keçirsək, onların orta yaş qrupları üzrə sayı əsasən bərabər ölçülərdə paylanıb. Belə ki, 15,7%-i 26-35, 22,1%-i 36-45, 22,3%-i 46-55, 24,5%- i 56-65 yaş qruplarına aid respondentlər olub. Həmçinin cəmi 5,9%-i 18-25 yaş qru- punda, 9,5%-i 65 yaşdan yuxarı qrupda olub.

Respondentlərə "Hansı dövlət orqanlarının (qurumlarının) xidmətlərindən istifadə etmisiniz?" sualı ünvanlanıb, onların cari il ərzində istifadə etdiyi, adını şifahi olaraq bildirdiyi xidmətlər və aid olduğu dövlət orqanları intervüyerlər tərəfindən kodlaşdırılıb. Nəticələrin təhlili ölkə üzrə ən çox müraciət olunan dövlət orqanlarını (qurumla- rını) müəyyən etməyə imkan yaradıb. Belə ki, sorğu nəticələrinə əsasən, cari ilin birinci yarısı üzrə ölkə vətəndaşlarının yarısı, yəni 50,3%-i İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin, 31,5%-i Daxili İşlər Nazirliyinin, 26,1%-i Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xidmətlərindən istifadə etmək üçün müraciət edib. Bu dövlət orqanları respondentlərin xidmət almaq üçün müraciət siyahısında ilk üçlükdə yer alıb.

Dövlət orqanlarına xidmət almaq üçün müraciət edənləri gender bölgüsü üzrə nəzərdən keçirsək, sorğu iştirakçıları arasında Kənd Təsərrüfatı Nazirliyinin xidmətlərindən faydalanmaq üçün müraciət edənlərin 83,5%-i, Daxili İşlər Nazirliyi üzrə 74,1%-i, iqtisadiyyat Nazirliyi üzrə 71,2%-i, Ədliyyə Nazirliyi üzrə 66,9%-i, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə 58,8%-i kişilər olub. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin xidmətlərindən faydalanmaq Təhsil Nazirliyi üzrə 72,4 faizi qadınlar olub.

Respondentlər tərəfindən xidmətlərə ümumilikdə 2740 müraciət üzrə onların faydalandığı hər bir xidmətdən məmnunluq səviyyəsini öyrənmək məqsədilə bu istiqamətdə bir sıra suallar ünvanlanıb.

Qeyd edək ki, ilk olaraq respondentlərin xidmətlərin göstərilmə müddətindən razılıq səviyyəsini öyrənmək hədəflənib. Bu istiqamətdə sorğu nəticələrinin təhlili respondentlərin xidmətlərin göstərilmə müddətindən məmnunluq səviyyəsinin xidmətin göstərilmə yerindən, xidmətin göstərilmə formasından, xidmətin növündən, təyinatından və bir sıra digər parametrik göstəricilərdən asılı olaraq dəyişdiyini göstərib.

İctimai rəy sorğusundan əldə olunan ümumi, yəni bütün xidmətlər üzrə məcmu nəticəni nəzərdən keçirdikdə respondentlərin 51,3%-i xidmətin göstərilmə müddətindən çox məmnun olduğunu, 26,2%-i əsasən məmnun olduğunu bildirib. Sorğuda iştirak edənlərin 3,5%-i əsasən məmnun olmadığını, 18,7%-i heç məmnun olmadığını ifadə edib. Respondentlərin 0,3%-i bu barədə fikir bildirməkdə çətinlik çəkib.

Ali təhsilli respondentlərin 11,4%-i, orta təhsillilərin 21,4%-i xidmətlərin göstərilmə müddətindən heç məmnun olmadığını ifadə edib.

Məşğulluq göstəriciləri üzrə nəzərdən keçirdikdə, dövlət sektorunda işləyənlərin 12,8%-i, fərdi əmək fəaliyyəti ilə məşğul olanların 22,4%-i və işsiz respondentlərin 29,8%-i xidmətlərin göstərilmə müddətindən heç məmnun olmadığını bildirib.

18-25 yaş qrupunda olan respondentlərin 43%-i, 36-45 yaş qrupunda olanların 51%-i, yaşı 66-dan yuxarı olanların 60%-i xidmətlərin göstərilmə müddətindən çox razı olduğunu qeyd edib.

Rəy sorğusu əsasında respondentlərin müraciət etdikləri dövlət orqanları tərəfindən göstərilən xidmətlərin keyfiyyətinə münasibət bildirmələri istənilib. Nəticələrin təhlilinə əsasən ümumilikdə, yeni müraciət etdikləri bütün xidmətlər üzrə respondentlərin 53,0%-i xidmətlərin keyfiyyətindən çox, 25,3%-i əsasən məmnun ol- duğunu bildirib. Sorğuda iştirak edənlərin 2,4%-i xidmətlərin keyfiyyətindən əsasən məmnun olmadığını, 18,9%-i heç mǝmnun olmadığını ifadə edib. Respondentlərin 0,4%-i bu barədə fikir bildirməkdə çətinlik çəkib.

Sorğu nəticələrinin respondentlərin sosiodemoqrafik profilləri üzrə təhlili ayrı-ayrı qruplar tərəfindən xidmət keyfiyyətinə münasibətdə müəyyən fərqlərin olduğunu göstərir.

Ali təhsilli respondentlərin 12,3%-i, orta təhsillilərin 21,2%-i göstərilən xidmətlərin keyfiyyətindən heç məmnun qalmadığını ifadə edib.

Məşğulluq göstəriciləri üzrə təhlil etdikdə, dövlət sektorunda işləyənlərin 13,3%-i, fərdi əmək fəaliyyəti ilə məşğul olanların 23,8%-i və işsiz olduğunu bildirən respondentlərin 30,7%-i xidmətlərin keyfiyyətindən çox məmnun olduğunu bildirib.

Sona
Xəbəri paylaş