Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidmətində vakant hüquqşünas vəzifələrinə işə qəbulla bağlı birbaşa müsahibə yolu ilə müsabiqə keçiriləcək.
Newscenter.az xəbər verir ki, müsabiqədə iştirak etmək istəyən və elanda göstərilmiş şərtlərə uyğun gələn namizədlər “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə”nin 1.7-ci bəndinə əsasən müsabiqənin test imtahanı mərhələsindən azad edilirlər. Namizədlər 12 iyun 2023-cü il tarixdən 12 iyul 2023-cü il tarixədək İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin və Naxçıvan MR Dövlət Vergi Xidmətinin rəsmi internet səhifələrinə (www.taxes.gov.az və www.vergi.nakhchivan.az) daxil olaraq yerləşdirilmiş elanda göstərilən elektron ərizə formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Müsahibə 28 iyul 2023-cü il tarixdən başlayaraq Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidmətinin Müsabiqə Komissiyası tərəfindən aparılacaq.
İşə qəbul üzrə müsabiqənin müsahibə mərhələsi başa çatdıqdan sonra nəticələr İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin və Naxçıvan MR Dövlət Vergi Xidmətinin rəsmi internet səhifələri vasitəsilə ictimaiyyətə elan ediləcək. Müsahibədən uğurla keçən namizədlər kadr ehtiyatına daxil olunaraq həmin dövr üzrə vakant olan vəzifələrə təyin ediləcəklər. Naxçıvan MR Dövlət Vergi Xidmətinə işə qəbul müsabiqəsində uğur qazanan namizədlərin kadr ehtiyatında saxlanılma müddəti 2 ildir.
Natiq Orucov