Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanda özəl məktəblər sistemi genişləndirilməlidir -ÖZƏL

Azərbaycanda özəl məktəblər sistemi genişləndirilməlidir


“Təəssüflər olsun ki, bu gün Azərbaycan təhsilində çox böyük neqativ hallar mövcuddur. Müəllimlərin əmək haqqının aşağı olması, şagird-müəllim münasibətləri, eləcə də valideyn-məktəb münasibətləri hələ tam olaraq formalaşmayıb”.

Newscenter.az xəbər verir ki, bu fikirləri sabiq millət vəkili, tarixi romanlar müəllifi Cahangir Hüseynov səsləndirib. Millət vəkili bildirib ki, 200 minə yaxın üzvü olan müəllim kontingentinin ictimai təşkilatları olmalıdır:

“Həmçinin, təhsllimizi daha da inkişaf etdirmək üçün xarici ölkələrin təcrübəsini öyrənməliyik. Eyni zamanda onların təhsil sistemi ilə yaxından maraqlanmalıyıq. Dünyada qloballaşma gedir və ona görə də bizim təhsil sistemimiz müasir təhsil sistemləri ilə uyğunlaşmalıdır. Sinqapur, Finlandiya və s. bu kimi böyük nailiyyətlərə nail olmuş təhsil sistemləri var. Nəyə görə bu qədər tarixi, mədəniyyəti olan bir ölkə kimi Azərbaycanın təhsil sahəsındə bir çox nöqsanları vardır?”.

Sabiq millət vəkili deyib ki, müəllimlərin əmək haqqı aşağı olmalı deyil. Çünki müəllim adı ən şərəfli addır:

“Təsəvvür edin ki, kiməsə bəy deyəndə bəzən acığı gəlir, ancaq müəllim deyəndə xoş qarşılayır. Hansı ki, həmin şəxsin müəllimlikdən xəbəri yoxdur. Bu da müəllim adının nə qədər şərəfli olduğundan xəbər verir. Müəllim adının müqqədəs olması üçün ilk növbədə onun maddi təminatı yüksək olmalıdır”.
Cahangir Hüseynov hesab edir ki, paralel olaraq ölkədə özəl məktəblər sistemi də genişləndirilməlidir:

“Ümumilikdə, bu gün təhsil sistemimizlə bağlı həyəcan təbili çalınmalıdır. Hesab edirəm ki, ictimai təşkilatlar da öz növbəsində təhsil sahəsində mövcud olan nöqsan və problemləri açıq şəkildə ifadə etməlidirlər.

Anar Əliyev
Xəbəri paylaş