Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Növbəti hərbi əməliyyatlar indiki Ermənistan ərazisində gedəcək -ÖZƏL

Növbəti hərbi əməliyyatlar indiki Ermənistan ərazisində gedəcək


Ən son Laçın sərhəd buraxılış məntəqəsində baş verənlər bir daha onu deməyə əsas yaratdı ki, Ermənistan rəhbərliyi əsla sülhdən yana deyil və bu ölkə yenidən müharibə istəyir. Baxmayaraq ki, üzdə sülhdən danışır, Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırmaq barədə fikirlər səsləndirir. Ancaq reallıq ondan ibarətdir ki, Ermənistan əməldə müharibə ritorikasına üstünlük verir.

Newscenter.az-ın xəbərinə görə, AVP sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi Pərviz Mirizadə deyib ki, Ermənistan rəhbərliyi hərbi ritorikadan çıxış etmək əvəzinə siyasi iradə nümayiş etdirərək üçtərəfli bəyanatla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə diqqət ayırmalıdır. Onun sözlərinə görə, rəsmi İrəvan yaxşı bilməlidir ki, regionda mövcud olan geopolitik vəziyyət və Ermənistanın məhdud hərbi imkanları onlara Azərbaycanla yenidən hərb dili ilə danışmaq imkanı qazandırmır:

"İran və Fransa kimi dövlətlərin siyasi və bəlli ölçüdə göstərdiyi hərbi texniki yardımın verdiyi özgüvən hissi Ermənistan üçün müsbət sonluq hazırlamır. Mövcud situasiyanın daha da şiddətlənərək hərbi sferaya yüksəlməsi ona işarədir ki, növbəti hərbi əməliyyatlar məhz tarixi Azərbaycan torpaqları, indiki Ermənistan ərazisində gedəcək. Yəni müharibənin təsirləri nə Fransada, nə də İranda hiss olunmayacaq. Buna görə də Paşinyan hakimiyyəti mövcud reallıqları lazımı qaydada dəyərləndirib Tehran və Parisin təhriklərinə aldanmamalıdır".

Anar Əliyev
Xəbəri paylaş