Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Zakir Həsənov Ermənistanın istənilən təxribatının qarşısının alınması barədə göstəriş verib

Zakir Həsənov Ermənistanın istənilən təxribatının qarşısının alınması barədə göstəriş verib


Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Ordusuna Ermənistanın istənilən təxribatının qarşısının qətiyyətlə alınmasına hər an hazır olması barədə göstərişlər verib.

Newscenter.az-ın xəbərinə görə, nazir tapşırıqlarını iyunun 16-da Müdafiə Nazirliyində keçirilən kollegiya iclasında çatdırıb.

Toplantıda Azərbaycan-Ermənistan şərti sərhədi və Qarabağ iqtisadi rayonunda mövcud əməliyyat şəraiti təhlil edilib.

General-polkovnik Z.Həsənov Ermənistan silahlı qüvvələri və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən mövqelərimizin intensiv atəşə tutulmasının, habelə Qarabağ iqtisadi rayonu ərazisində qeyri-qanuni hərbi daşımaların və uzunmüddətli fortifikasiya qurğularının quraşdırılması cəhdlərinin qarşısının alınması məqsədilə bölmələrimiz tərəfindən bundan sonra da zəruri cavab tədbirlərinin görülməsi, qarşı tərəfin fəaliyyətinin daim müşahidə edilməsi və istənilən təxribatının qarşısının qətiyyətlə alınmasına hər an hazır olması barədə göstərişlər verib.

Mehman Mehdiyev
Xəbəri paylaş