Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Horadizdən Ordubada 166 kilometrlik yeni dəmir yolu çəkiləcək

Horadizdən Ordubada 166 kilometrlik yeni dəmir yolu çəkiləcək


Horadizdən Ordubada 166 kilometrlik yeni dəmir yolu çəkiləcək.

Newscenter.az "Report"-a istinadən xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu bildirib.

Onun sözlərinə görə, xəttin Ermənistan hissəsinin Zəngəzurdan keçəcək 43 kilometrlik hissəsi ilə bağlı Azərbaycanla Rusiya arasında danışıqlar aparılacaq.

O, Türkiyə ilə Azərbaycan arasında yeni nəqliyyat əlaqəsini təmin edəcək Qars-Naxçıvan dəmir yolundan da danışıb.

"Ordubaddan Naxçıvanın şimalında yerləşən Vəlidağ stansiyasına qədər olan 158 kilometrlik xətt əsaslı şəkildə təmir olunacaq. Bundan əlavə, xətt Vəlidağdan Ermənistan sərhədinə qədər 14 kilometr uzadılacaq".
Xəbəri paylaş