Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ani ölüm və gənc yaşda infarkt keçirmədə ERMƏNİ İZİ- -ÖZƏL

Ani ölüm və gənc yaşda infarkt keçirmədə ERMƏNİ İZİ-


Son vaxtlar ani ölüm və infarkt halları artıb. Demək olar ki, hər gün bir dost-tanışımızın gənc yaşda infarktdan dünyasını dəyişdiyinin şahidi oluruq. Bir çoxları iddia edir ki, gənc yaşda ölüm hallarının artmasının səbəbi zamanında koronavirus əleyhinə vurulan vaksindir.

Əslən İqdırdan olan Ayhan Dəmirçi isə hesab edir ki, ani ölüm və infarkt hallarının artmasında erməni izi də təsirsiz deyil. Newscenter.az-ın xəbərinə görə, Ayhan Dəmirçi hesab edir ki, bu cür ölüm hallarının artmasına səbəb Azərbaycanla qonşu ölkələrdə Atom Elektrik Stanasiyasının mövcudluğu və həmin stansiyadan ətrafa sızıntının olmasıdır:

“Əgər sərhədlərinizə yaxın ərazilərdə Atom Elektrik Stansiyası varsa və həmin stansiyadan sızıntı olursa, bu infarktdan ölüm halları və xərçəng xəstəliyinin çoxalmasına səbəb olur:

Ayhan Dəmirçi qeyd edib ki, İqdırın Ermənistanla sərhəd hissəsində yerləşən “Metsamor” AES-dən sızıntı olduğu üçün İqdırda infarktdan ölüm halları və xərçəng xəstələri çoxalıb:

"Hətta İqdırda kənd təsərrüfatı sahələri belə çirklənməyə məruz qalıb. Ona görə də qeyd edilən ölüm halları və xəstəlik getdikcə çoxalır”.


Anar Əliyev
Xəbəri paylaş