Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ani ölümlərə və infarkta səbəb COVİD-19 vaksinləridir? -ÖZƏL

Ani ölümlərə və infarkta səbəb COVİD-19 vaksinləridir?


Son vaxtlar tez-tez müşahidə etdiyimiz ani ölümlər və qəfil infarkt hallarını doğuran başlıca səbəblər sırasında koronavirus əleyhinə vaksinlər qeyd olunur. İddia edilir ki, məhz həmin vaksinlər ani ölüm hallarını və infarktı artırır. Bəs görəsən tibbi mütəxəssislər, bu sahınin biliciləri səslənən iddialar barədə nə düşünür?

Newscenter.az-ın xəbərinə görə, Köln Universitetinin tibb elmləri doktoru Nuran Abdullayev bu istiqamətdə yayılan iddiaları doğru hesab etmir. O bildirib ki, ani ölüm halları və infarktın artmasına səbəb koronavirus əleyhinə vurulan vaksinlər deyil.

Qaraciyərin Tədqiqi üzrə Avropa Assosiasiyasının üzvü, qastroenteroloq, hepatoloq Aysel Əskərova da yayılan iddialarla razılaşmır. O bildirib ki, koronavirus əleyhinə vaksinlərin ani ölüm halları və infarktın sayının artmasına səbəb olması barədə iddialar tibbdə öz isbatını tapmayıb.

Anar Əliyev
Xəbəri paylaş