Meksikada güclü zəlzələ olub.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, zəlzələ Meksikanın cənubundakı Aşağı Kaliforniya yarımadasında baş verib.
ABŞ-ın Geoloji Araşdırmalar Xidmətinin (USGS) yaydığı məlumata görə, yeraltı təkanlar 6,3 bal gücündə qeydə alınıb. Episentrinin turistik Kabo San Lukasdan 131 kilometr şərqdə, Meksika körfəzi yaxınlığında qeydə alınan zəlzələ yerin 10 kilometr dərinliyində baş verib. Baş verən zəlzələdə can və mal itkisi qeydə alınmayıb.
Mehman Mehdiyev