İyunun 18-də Naxçıvan Muxtar Respublikasının Kəngərli rayon Xok kənd sakini 2006-cı il təvəllüdlü Aysun İbrahimovanın qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub.
Newscenter.az DİN-ə istinadən bildirir ki, polis və prokurorluq əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən birgə keçirilən tədbirlər nəticəsində 1999-cu il təvəllüdlü Sərvin Məmmədovun aralarında yaranan mübahisə zamanı bıçaqla həmkəndlisi Aysun İbrahimovaya xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Sərvin Məmmədov iş üzrə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda istintaq-əməliyyat tədbirləri davam edir.
Mehman Mehdiyev