Dünayada 100 milyondan çox insan öz doğma yurdunu, evini tərk etmək məcburiyyətində qalıb.
Newscenter.az-ın "Haber Global"-a istinadən verdiyi məlumata görə, bu statistikanı BMT Baş katibi Antonio Quttereş açıqlayıb. Bildirib ki, insanların öz doğma evini tərk etməsinə əsasən müharibələr, aclıq, təbii fakətsəbəb ola bilər.
Baş katib ən çox belə halın ərəb ölkələrində müşahidə edildiyini vurğulayıb.
Mehman Mehdiyev