Balakən Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayon ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.
Bu barədə Newscenter.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.
Bildirilib ki, keçirilən tədbir zamanı Kortala kəndi ərazisində yabanı halda bitən, ümumi çəkisi 5 tondan artıq olan 5400 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.
Mehman Mehdiyev