Bir çox dövlət qurumları "yaxasını" qırağa çəkib. Narkotik və narkomaniya ilə mübarizəni ancaq güc strukturlarının üzərinə atılıb.
Narkotik və narkomaniya yay vaxtı daha da tüğyan etməyə başlayır. Yayda təhsil müəssisələri bağlanır, yeniyetmə və gənclərin asudə vaxtının səmərəli təşkili isə bəzi rayon və kəndlərdə demək olar yox səviyyəsindədir.
Bu halda bəzi gənclər "sərgüzəştlər" axtarışına çıxır və əlbəttə ki, çox vaxt narkotikin və ya narkokuryerliyin də qurbanına çevrilmə şansı artır.
Bu an həmən gənclərin pulsuzluq, savadsızlıqdan, din adı altında bəzi İran cəsusları istifadə etməyə çalışır.
Bəzi dövlət qurumları məhz bu yola meyilli yeniyetmə və gənclərlə demək olar iş aparılmır. Çünki apara da bilmir, təlimçi yoxdur. Hansı dövlət durumu "tin uşağı" ilə onların "öz dilində" təlim keçə bilər ki?
Narkomaniya ilə bağlı hər tədbir, təlim və müzakirələrdə illərdir hər dəfə eyni sözlər, eyni mesajlar və əsas da eyni sosial adamlar iştirak edir.
Ümumiyyətlə İnsanlar niyə buna qoşulur?
İlk qurşanan adamların sosial-mədəni statusu necə olub?
Hansı şəraitdə ilk dəfə istifadə edib? və s. bu kimi Narkomaniya ilə bağlı sosioloji tədqiqat yoxdur.
Hələ mifoloji fikir də yaranıb ki, insanlar idmanla məşğuı olanda narkomaniyaya risk azalır. Bəli idmanı hardasa asudə vaxtın təşkili kimi qiymətləndirmək olar. Amma düşünürəm ki, bizdə idman siyasətinin konsepsiyası yanlışdır. İdmanla intellektual səviyyə bir olmalıdır. Yəni, əsas risk qrupları asosial insanların olduğunu nəzərə alıb deyə və görə bilərik ki, Narko istifadəçilərin çoxunun savadı azdır. Bunları araşdırıb təhlil edib, səciyyəvi qruplara uyğun iş aparılmalıdır.
Yani, Narkomaniya ilə bağlı tədbirləri hər hansı bir fəal və öndə olan gənclərə keçməklə, gördüyümüz kimi müsbət nəticə, effekt yoxdur, hətta əksidir.
Narkotik və narkomaniya ilə bağlı 2 ci ən böyük və effektiv mübarizəni ictimai sektorlar QHT lər aparır.
QHT lərə isə əlbəttə dövlət dəstəyi lazımdır.
Bununla bağlı dövlət "dəstəyi" də yaradılıb. Amma gəlin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi nin məsələn, sonuncu qrant müsabiqəsinə baxaq. Baxan, bilən anlayır ki, bu mübarizə agentliyindən bəzilərinə deyəsən sərf etmir. Sərf etsə 300 - 400 QHT arasından niyə bu Antinarkotik mövzusunu məsələn 20 QHT yə yox, 2 QHT yə qrant ayırır? ...
Refonal Sosial Təşəbbüslərə Dəstək İctimai Birliyi nin sədri Narkoekspert Emil Maqalov