Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bu ay yağıntı kənd camaatına divan tutdu

Bu ay yağıntı kənd camaatına divan tutdu


İyun ayında 24 gün yağış yağıb. Rayonları, kəndləri sel suları basıb, təsərrüfatları məhv edib. Çaylar bol sulu dövrlərində axıb Xəzərə tökülüb duzlaşır, artığı da məcrasından çıxıb, torpaqları sıradan çıxarır, qara camaata toy tutur.

Zərəri faydaya çevirmək üçün Amerika kəşf etməyə ehtiyac yoxdur. Sadə bir üsul var. Əcdadlarımız da istifadə edib, bu gün Afrikada yaşayan insanlar da bunu edir. Yağış – çay sularından uzanmüddətli faydalanmaq üçün quyular qazıb hazır saxlayırlar. Yağış yağanda, çaylar daşanda quyular dolur və insanlar öz təlabatlarını susuz zamanlardan bununla ödəyirlər.

İndi biz durub quyu qaza bilmərik. Amma su anbarları yarada bilərik. Düzdür, son dövrlər bir neçə su anbarının (Güləbird və Qız Qalası) tikintisinə başlanılmışdır.
Amma bu çox azdır. Sürətli şəkildə bu sahəyə ciddi investisiya ayrılmalıdır. Cənubi Qafqazın hər 100 litr suyunun cəmi 10 litri bizimdir. Onun da 70% qonşu olkələrədn gələn çaylar hesabınadır. Təmiz özümüzə məxsus olan 100 litr sudan cəmi 3 litrlik balon qədərdir.

Su anbarları quraqlıq aylarında ölkənin, ələxsus da kənd təsərrüfatının suya olan təlabatının ödənilməsində əsas çıxış yoludur. O həm də yeni SES-lərin yaradılmasına, elektrik enerjisi istehsalına imkan verir. Eyni zaman da yağıntılı aylarda qara camaatın evini, torpağını, əkin-biçininin su basmasına ciddi mane olur.

Bu ay yağıntı kənd camaatına divan tutdu. Təkcə dolu düşməsi 38 dəfə baş verib. Halbu ki, ötən il 18 gün olmuşdu.
Sel basması da iyun ayında nə az nə çox, düz 55 dəfə qeydə alınıb. Bu da dolu kimi rekord göstəricidir. Ehtimal ki, qarşıdakı aylarda əksinə olaraq, kənd təsərrüfatı susuzluqdan ciddi əziyyət çəkəcək.
Mən bu səhənin mütəxəssisi deyiləm, amma sadə məntiq deyir ki, belə durumda əsas xilaskar bəs qədər tikiləcək su anbarları ola bilər. Çayların aşıb daşan zamanında xilaskar olan su anbarları quraqlıqda yenə də xilaskar ola bilir.

Eldəniz Əmirov-iqrisadçı
Xəbəri paylaş