Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Şirvan, Salyan və Ucarda DİN-nin yaranmasının 105 illiyi münasibəti ilə yubiley tədbirləri keçirilib

Şirvan, Salyan və Ucarda DİN-nin yaranmasının 105 illiyi münasibəti ilə yubiley tədbirləri keçirilib


Şirvan şəhərində, Salyan və Ucar rayonlarında Daxili İşlər Nazirliyinin yaranmasının 105 illiyi münasibəti ilə yubiley tədbirləri keçirilib. 

Newscenter-az xəbər verir ki, tədbirlərin əvvəllərində polis əməkdaşları Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə tər güllər düzüblər.

Daha sonra keçirilən tədbirlərdə çıxış edən şöbə rəisləri polis əməkdaşlarını Azərbaycan Polisinin 105 illiyi münasibəti ilə təbrik edərək, daxili işlər orqanlarının keçdiyi şərəfli xidmət yolundan, sabitliyin, əmin-amanlığın qorunması istiqamətində fədakar xidmətlərindən danışıblar. 

Tədbirlərdə iştirak edən digər qonaqlar da  öz çıxışlarında daxili işlər orqanlarının fəaliyyətini yüksək dəyərləndirərək, polis əməkdaşlarına gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.

Görüşlərin sonunda xidməti vəzifəsində fərqlənən əməkdaşlara mükafatlar təqdim olunub. 

Mehman Mehdiyev
Xəbəri paylaş