Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Erməni hərbi birləşmələri legitim hədəfə çevriləcək və məhv ediləcəklər -ÖZƏL

Erməni hərbi birləşmələri legitim hədəfə çevriləcək və məhv ediləcəklər


"Kimin, hansı maraqlı tərəfin nə etməsindən asılı olmayaraq Azərbaycan istənilən təxribata cavab vermək gücündədir".

Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Yusif Bağırzadə səsləndirib. O bildirib ki, Azərbaycanın probemləri danışıqlar yolu ilə, müzakirələrlə və anlaşma ilə həll etmək məqsədilə mümkün olan bütün vasitələrdən istifadə etdiyi kimi, təxribatların qarşısının alınmasında da bütün vasitələrdən istifadə edəcəyinə heç kimin şübəhsi yoxdur:

"Yeni hərbi əməliyyatlar ehtimalına gəldikdə isə həm ermənilər, həm də onların havadarları bilməlidirlər ki, təxribatlar davam edəcəyi halda, erməni hərbi birləşmələri ərazilərimizdən könüllü olaraq çıxmayacaqları halda onlar legitim hədəfə çevriləcək və məhv ediləcəklər".

Anar
Xəbəri paylaş