"Fransa tarixində Makron qədər naşı, bacarıqsız və səriştəsiz prezident olmayıb. Təsadüfi deyil ki, indi fransızların mütləq əksəriyyəti Makronu Fransanın üz qarası hesab edirlər".
Bu fikirləri Newscenter-az-a "Milli İnkişaf" İctimai Birliyinin sədri, politoloq Arzuman Muradlı son günlər Fransada baş verən hadisələrə münasibət bildirərkən səsləndirib. O bildirib ki, Fransada yaşananlar Emmanuel Makronun yalnış siyasətinin nəticəsidir:
"Emmanuel Makron özünü şıltaq erməni kimi aparır. Erməniyə xas olan terrorçu, separatçı xüsusiyyətlər sanki Makronda cəmlənib. Paytaxt Paris daxil olmaqla, ölkənin demək olar ki, böyük bir hissəsini bürüyən kütləvi etiraz aksiyalarını zorakılıq yolu ilə dağıdılması fonunda bunu aydın şəkildə görürük. Öz xalqına qarşı gücdən, dəyənəkdən istifadə edən, əl yalın xalqa zor tətbiq edən Makronun bu mənada erməni maraqlarına xidmət edən açıqlamalar verməsi başadüşüləndir. Çünki qeyd etdiyim kimi Makron bu hərəkətlərinə görə, sırf erməniyə xas xüsusiyyətləri təcəssüm etdirir".
Arzuman Muradlının sözlərinə görə, öz ölkəsini idarə edə bilməyən, vətəndaşlarının hüquq və azadlıqlarını tanımayan bir ölkə rəhbərinin hansısa dövlətin vətəndaşlarının hüquq və azadlıqlarından danışması, onların müdafiəsinə qalxması absurd və gülüncdür:
"Azərbaycan dövləti hər bir vətəndaşı kimi Qarabağda yaşayan ermənilərin də hüquq və azadlıqlarının təminatçısıdır, onları öz vətəndaşı olaraq himayə edir, qayğıları ilə maraqlanır. Makronkimilərdən fərqli olaraq Azərbaycan dövlətinin bu siyasəti dəyişməzdir və bundan sonra da eyni formada davam edəcək. Buna heç kimin şübhəsi olmasın".
Anar Əliyev