Cənubi Koreya qida təhlükəsizliyi səbəbi ilə Fukusimadan dəniz məhsulları idxalına qadağa qoyub. Newscenter.az trthaber-ə istinadən bildirir ki, buna səbəb Yaponiyanın Fukusima İn-Dai Atom Elektrik Stansiyasında toplanan radioaktiv tullantı sularını bura axıtmasıdır.
Məlumatda qeyd edilir ki, narahatlıqlar aradan qalxana qədər Fukusima əyalətindən dəniz məhsulları idxalına qadağa qüvvədə qalacaq.
Cənubi Koreyada hakim Xalq Gücü Partiyasının (PPP) sözçüsü Yun Jae-okun bildirdiyinə görə, yüksək səviyyəli hökumət rəsmiləri ilə görüşdən sonra belə bir qərar qəbul edilib.
Qeyd edək ki, 2011-ci ilin martında Fukusima Dai-İçi Atom Elektrik Stansiyasında reaktoruna yaxın ərazidə baş verən 9 bal gücündə zəlzələ və sunami nəticəsində yaranan nüvə çökməsi sızmaya səbəb olub və stansiyanın ətrafı evakuasiya zonası elan edilib.
Mehman Mehdiyev