Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Göygöldə 34 800 manatlıq mal-qara oğurlanıb

Göygöldə 34 800 manatlıq mal-qara oğurlanıb


Göygöldə 34 800 manatlıq mal-qara oğurlanıb.

Bu barədə Newscenter.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Bildirilib ki, Göygöl Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirlər nəticəsində rayon sakininə məxsus ümumi dəyəri 34 800 manat olan 109 baş xırda buynuzlu mal-qaranı oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb.

Araşdırmalar zamanı məlum olub ki, Kəlbəcər rayon sakinləri - Nazim Cəfərov, Sabit Cəbrayılov və Goranboy rayon sakini İlqar Həsənov qabaqcadan əlbir olaraq qrup şəklində mal-qaranı oğurlayıblar.

Şübhəli şəxslər saxlanılaraq istintaqa təhvil verilib, faktla bağlı araşdırmalar davam etdirilir.

Mehman Mehdiyev
Xəbəri paylaş