Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İl sonuna kimi Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalana bilər -ÖZƏL

İl sonuna kimi Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalana bilər


"Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması istiqamətində təşəbbüskarlıq və prosesə fayda verməkdə Vaşinqton Moskva və Brüsseldə n daha qətiyyətli görünür".

Bu fikirlər "Xəbər Mərkəzi" Analitik Qrupun açıqlamasında yer alıb. Newscenter-az-a daxil olan açıqlamada bildirilib ki, Moskva və Brüsseldə keçirilən görüşlərdən fərqli olaraq Vaşinqtonda Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması və iki ölkə arasında sülh müqaviləsinin imzalanması məqsədilə keçirilən görüşlərin bir gün deyil, bir neçə gün davam etməsi onu deməyə əsas verir ki, okeanın o tayında baş tutan görüş və müzakirələr daha effektli və nəticəyə hesablanandır:

"Görünür Birləşmiş Ştatların dövlət katibi Entoni Blinkenin iştirakı ilə baş tutan müzakirələr daha məhsuldar keçir. Məhz bunun göstəricisidir ki, yaxın günlərdə Azərbaycan və Ermənistan liderlərinin Brüsseldə görüşünün keçirilməsi nəzərdə tutulur. Düzdür, Brüsseldə Bakı ilə İrəvan arasında sülh müqaviləsinin imzalanmasına ümid az olsa da, lakin iki ölkə liderinin görüşünə qədər Azərbaycan və Ermənistanın xarici siyasət rəhbərlərinin Vaşinqtonda müəyyən məsələlərdə ümumi razılıq əldə edəcəyi, həmin məsələlərin isə birinci şəxslər tərəfindən müzakirə olunacağı istisna edilmir".

Analitik Mərkəzdən o da bildirilib ki, kənar müdaxilə olmayacağı və Rusiya tərəfindən prosesə maneçilik törədilməyəcəyi təqdirdə, il sonuna kimi Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalana bilər.

Mehman Mehdiyev
Xəbəri paylaş