Türkiyənin dünyaya açılan qapısı İstanbul Hava Limanı, 9 günlük Qurban bayramının son günündə sərnişin sayına görə yeni bir rekorda imza atıb.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, ötən gün hava limanına 1642 uçuşla 265 min 961 sərnişin səyahət edib. Bu açılışından indiyə qədər ən yüksək göstəricidir.
Bundan əvvəl isə ilk belə qələbəlik Ramazan bayramında yaşanmışdı. Belə ki, aprelin 23-də İstanbul Hava Limanı 1548 uçuş və 244 709 sərnişin qəbul etmişdi.
Natiq Orucov