Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Keçən ay ən çox ixrac avtomobil sənayesindən olub -ÖZƏL

Keçən ay ən çox ixrac avtomobil sənayesindən olub


İyun ayında Türkiyə ixracatında ən yüksək artım 202,4 faizlə zeytun və zeytun yağı sektorunda olub. Newscenter.az trthaber-ə istinadən bildirir ki, Türkiyə İxracatçılar Məclisinin (TİM) açıqlamasında bu barədə bildirilir.

Ötən ay Türkiyənin cəmi ixracatının 83 faizini reallaşdıran sənaye qrupunda ixracat 13,4 faiz azalaraq 14 milyard 927 milyon 909 min dollar olub.

Qeyd olunan dövrdə 14,3 faiz təşkil edən kənd təsərrüfatı qrupunda ixrac 13,5 azalaraq 2 milyard 582 milyon 29 min dollar, mədənçıxarma sənayesində isə 18,6 azalaraq 483 milyon 521 min dollar olub.

Natiq Orucov
Xəbəri paylaş