Kür çayının Varvara Ovçuluq Təsərrüfatının ərazisindən keçən hissəsində qanunsuz balıq ovlayan şəxslər saxlanılıb.
Bu barədə Newscenter.az-a Bioloji Müxtəlifliyin Qorunması Xidmətindən məlumat verilib.
Xidmət rəsmisi Arzu Babayeva bildirib ki, araşdırma zamanı qanunsuz balıq ovlayan şəxslərin Yevlax rayon sakinləri Məhəmməd Babayev, Rəfael Əsədov, Mingəçevir şəhər sakini Eşqin Həsənov olduğu müəyyən edilib və onlardan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb.
Eyni zamanda, keçirilən nəzarət tədbirləri zamanı Kür çayının Varvara Ovçuluq Təsərrüfatından keçən hissəsindən sintetik torlar yığışdırılıb.
Sona