"Rusiya Cənubi Qafqazda geosiyasi mövcudluğunu qoruyub saxlamaq üçün Ermənistanla Azərbaycan arasında gərginliyin davam etməsini istəyir və bu baxımdan da təxribatların baş verməsində maraqlıdır".
Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Yusif Bağırzadə səsləndirib. Onun sözlərinə görə, elə bu səbəbdəndir ki, təxribatçıların mövqelərinə silah-sursat, ərzaq və yanacaq daşınması prosesi məhz Rusiya "sülhməramlı" kontingentinin zirehli maşınlarının müşayiəti ilə həyata keçirilir:
"Rusiya bayrağının olduğu bu hərbi texnika erməni separatçıların təhlükəsizliyinin təminatı üçündür, çünki RSK komandanlığı yanlış olaraq düşünür ki, Rusiya bayrağının olduğu hərbi vahidlər Azərbaycan Ordusunun legitim hədəfinə çevrilməyəcək".
Anar Əliyev