Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiyada keçiriləcək seçkilər Ukraynanın 4 regionunu da əhatə edəcək -ÖZƏL

Rusiyada keçiriləcək seçkilər Ukraynanın 4 regionunu da əhatə edəcək


2023-cü il sentyabrın 10-da Rusiyada keçirilməsi planlaşdırılan parlament, qubernatorluq və 20 regional parlament seçkiləri Ukraynanın 4 regionunu da əhatə edəcək.

Newscenter.az "Haber Global"-a istinadən bildirir ki, Rusiya prezidenti Vladimir Putin Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Ella Pamfilova ilə görüşündə bu barədə təlimat verib.

Görüş zamanı 2023-cü il sentyabrın 10-na təyin edilmiş parlament, qubernatorluq və 20 regional parlament seçkiləri müzakirə edilib. MSK sədri Pamfilova deyib ki, “Donetsk və Luqansk Xalq Respublikalarının, eləcə də Zaporojye və Xerson vilayətlərinin rəhbərləri bu seçkilərə ehtiyacın yarandığını bildirərək onlara müraciət ediblər.

MSK sədri "FSB və Müdafiə Nazirliyi ilə bütün lazımi məsləhətləşmələri aparmışıq. Biz bunu diqqətlə müzakirə etdik, bütün müsbət və mənfi cəhətləri ölçüb-biçdik və onların təşəbbüsünü, seçim etmək istəyini dəstəkləmək üçün belə bir ciddi məsuliyyəti üzərimizə götürdük”- deyə, vurğulayıb.

Qeyd edək ki, Rusiyada keçiriləcək seçkilərin əhatə dairəsinə daxil olan Ukrayna vilayətləri Luqansk, Donetsk, Xerson və Zaporojyadır.

Anar Əliyev

Xəbəri paylaş